Bridging the WORLD...


Bridging the WORLD...

...on schedule and within a BUDGET


...on schedule and within a BUDGET

Bridging the WORLD...


Bridging the WORLD...

...with a SIMPLE and straightforward BUSINESS approach


...with a SIMPLE and straightforward BUSINESS approach

Əziz dostlar!

MURPHY SHIPPING & COMMERCIAL SERVICES AZERBAIJAN LTD şirkətimiz bu daşınmaları həyata keçirir:

  • Avtomobil nəqliyyatı yolu ilə
  • Hava yolu ilə
  • Su nəqliyyatı vasitəsi ilə
  • Dəmir yolu ilə


Beynəlxalq yüklərin Avtomobil nəqliyyatı yolu ilə daşınması;


Daha bir xidmət sahəsi yüklərin avtomobil nəqliyyatı yolu ilə daşınmasıdır.
Şirkət maksimal effektivliklə, öz potensial resurslarından istifadə edərək yüklərin dünyanın istənilən nöqtələrinə çatdırılmasını təmin edir.
Nəzərə almaq lazımdır ki, irimiqyaslı və uzun müddətli layihələri həyata keçirərkən, MURPHY SHIPPING & COMMERCIAL SERVICES AZERBAIJAN LTD şirkətimiz partnyorlarını da işlərə cəlb edir.
Şirkət standart həcmdə yüklərin vaxtında və tam həcmdə çatdırılmasına,öz öhdəliklərinin yerinə yetirməsinə daxili nəzarət edir və buna zəmanət verir.


Beynəlxalq yüklərin Hava yolu ilə daşınması;

MURPHY SHIPPING & COMMERCIAL SERVICES AZERBAIJAN LTD şirkətimiz standart, çox qiymətli, qabaritli, ağır çəkili və təhlükəli yüklərin yüksək səviyyədə tez, hava yolu ilə daşınmasını təşkil edir. Şirkətin beynəlxalq partnyorları istənilən ölçülü və istənilən növ yükləri ən qısa vaxt ərzində, yüksək keyfiyyət və sərfəli qiymətlərlə dünyanın istənilən nöqtəsinə çatdırılmasına imkan yaradır.
Müştərinin istəyi ilə şirkətimiz hava nəqliyyatı yolu ilə gələn yüklərin tez çatdırılmasını, o cümlədən də hava nəqliyyatında lazım olan bütün gömrüklənmə və sənədləşdirmə işlərini həyata keçirir.


Beynəlxalq yüklərin Dəmir yolu ilə daşınması;

MURPHY SHIPPING & COMMERCIAL SERVICES AZERBAIJAN LTD şirkətimiz yüklərin dəmir yolu ilə daşınmasını da həyata keçirir.

Şirkətin dəmir yolu ilə təklif etdiyi xidmət növləri:

  • İstənilən miqdarda yükün qəbulu:
  • Yüklərin daimi izlənməsi;
  • Kompleks,iri həcmli, o cümlədən xüsusi şərtlər əsasında daşınma tələb edən yüklərin daşınması;
  • Ağır və iri qabaritli yüklərin daşınmasında yükün bərkidilməsinin təşkili;
  • Xüsusi yüklərin daşınması üçün ayrıca marşrutların təşkili.


Beynəlxalq yüklərin Su nəqliyyatı vasitəsi ilə daşınması;

Şirkətimiz böyük məmnuniyyətlə sizə beynəlxalq yüklərin su nəqliyyatı ilə də daşınmasını, yüklərin optimal boşaldıb yükləmə xidmətlərini təklif edir.

Şirkətin su nəqliyyatı vasitəsilə daşınmalar üzrə təklif etdiyi xidmət növləri:

  • Ümumi yüklərin daşınmasında istənilən növ və istənilən ölçülü gəmilərin icarəsi;
  • İstənilən həcmdə və ölçüdə yüklərin qəbulu, gömrük rəsmiləşdirilməsi, yükün yerləşdirilməsi və vəziyyəti haqqında müştəriyə məlumatın operativ şəkildə çatdırılması;
  • Yüklərin sığortalanmasının təşkili.


Əziz dostlar!

Sizə, MURPHY SHIPPING & COMMERCIAL SERVICES AZERBAIJAN LTD şirkətimizin Qaradağ rayonu,Salyan şosesi,28-30 km ünvanda yerləşən loqistik anbar kompleksimizdə xidmətlərimizdən faydalanmağı təklif edirik.
Bu günə olan açıq sahələrimiz – 8000 m2,qapalı anbar sahələrimiz isə 2000 m2 –dir;

Şirkətimiz aşağıdakıları təklif edir:

1. Daimi nəzarət /mühafizə altında olan açıq meydança və müasir avadanlıqla təchiz olunan qapalı anbar sahələrimizdə malların saxlanılması;
2. Müştərinin istəyinə əsasən,onu işçi qüvvəsi,avto və yardımçı texnika ilə təmin etmək,yükün yığılmasını,qablaşdırılmasını və zəruri sənədlərin hazırlanmasını həyata keçirmək;
3. Bütün növ yük/malların boşaldılması,yüklənməsi və çatdırılması;
4. Daşınan yükü/malı marşrut üzrə müşahidə etməklə,müştərini məlumatlandırmaq;
5. Anbar xidmətləri üzrə kompleks məsləhətlərin verilməsi;

Şirkətimiz qarşılıqlı faydalı əməkdaşlığa həmişə hazırdır.


News

July 16

Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir


July 16, 2019

Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti imtahanlar keçirilib.

Read more

Məqsəd gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

İmtahan prosesində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri və aidiyyəti qurumların nümayəndələri iştirak edib.

Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatlar ölkə iqtisadiyyatının dinamik inkişafını, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, büdcə gəlirlərinin artmasını, eyni zamanda əhalinin həyat səviyyəsinin və rifahının yüksəlməsini təmin edib.

Ölkəmizin xarici ticarət imkanlarının genişləndirilməsi, tranzit və logistika potensialının artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə gömrük sistemində də bir sıra mütərəqqi islahatların reallaşdırıldığı diqqətə çatdırılıb. İsmayıl Hüseynov vurğulayıb ki, gömrük təmsilçiliyi institutunun beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılması istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər də bu islahatların davamıdır.

O da bildirilib ki, son dövrlər gömrük xidmətində infrastrukturun inkişafı və prosedurların sadələşdirilməsinə yönəldilmiş tədbirlər, habelə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra layihələr həyata keçirilib.

Gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şəxslərin ölkəmizdə gömrük işinin səmərəli şəkildə həyata keçirilməsində, gömrük əməliyyatlarının sürətləndirilməsində mühüm rola malik olduğu, Dövlət Gömrük Komitəsinin bu sahədə ixtisaslaşmış qurumlara hər zaman dəstək göstərəcəyi diqqətə çatdırılıb.

Sonra avqustun 1-də keçirilən imtahanda yüksək nəticələr əldə edən şəxslərə 5 illik ixtisas attestatları təqdim olunub və növbəti imtahana start verilib.

Qeyd edək ki, imtahanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi qaydaları"na dair qərarına, Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən tərtib olunan "Gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi üzrə Konsepsiya"ya əsasən və "Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə xarici ticarət sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün İcra və Kommunikasiya Planı"nın icrası çərçivəsində keçirilir. Ümumilikdə, ixtisas attestatlarının alınması üçün 100-ə qədər hüquqi şəxs müraciət edib.

Gömrük təmsilçiliyi sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq dolayı təmsilçilik fəaliyyətini yalnız hüquqi şəxslər həyata keçirə bilər. Həmin hüquqi şəxslərin Dövlət Gömrük Komitəsi tərəfindən verilən ixtisas attestatına malik mütəxəssisləri olmalıdır. İxtisas attetstatları 5 il müddətinə verilir və qanunvericilikdə müəyyən edilən şərtlərə cavab verən hüquqi şəxslər dövlət reyestrinə daxil edilir.

Qeyd edək ki,həmin bu tədbirlərdə şirkətimizin müvafiq əməkdaşları müvəfəqiyyətlə iştirak edirlər.

July 16

Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək


July 16, 2019

İyulun 16-da Mərkəzi Gömrük Hospitalında Azərbaycanla İtaliya arasında tibbin inkişafı və gələcək əməkdaşlığın qurulmasına dair növbəti görüş keçirilib.

Read more

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov qeyd edib ki, müxtəlif ölkələrlə yanaşı, İtaliya Respublikası ilə də tibb sahəsində əlaqələrin genişləndirilməsi Azərbaycan səhiyyəsi üçün olduqca əhəmiyyətlidir və hazırda bu istiqamətdə əməkdaşlıq uğurla inkişaf edir. Vurğulanıb ki, Mərkəzi Gömrük Hospitalı dünyada tibb sahəsində qazanılan nailiyyətlərin, beynəlxalq təcrübənin Azərbaycanda öyrənilməsi və tətbiqinə, tibbi personalın inkişafına, təkmilləşdirilməsinə xüsusi diqqət ayırır, onların müntəzəm olaraq xarici ölkələrdə keçirilən konfranslarda, konqreslərdə, təkmişlləşdirmə kurslarında iştirakını təmin edir.

İtaliyanın Azərbaycandakı səfirliyinin məsləhətçisi kimi fəaliyyət göstərən professor Franko Nakorella çıxışında Mərkəzi Gömrük Hospitalında təcrübəli mütəxəssislərin olduğunu sevindirici hal hesab edib. İtaliyalı professor bildirib ki, gələcəkdə tibbi personal və bu sahədə təhsil alan tələbələr ölkələrarası təcrübə mübadiləsində iştirak edəcək. Franko Nakorella vurğulayıb ki, sözügedən layihə çərçivəsində hazırlanmış Fəaliyyət planına Mərkəzi Gömrük Hospitalı ilə İtaliyanın tibb müəssisələri arasında Uşaq Kardiocərrahiyyəsi və Xəstəxana İdarəetməsi üzrə ikitərəfli əməkdaşlıq daxil edilib.

Görüşün sonunda tibbin inkişafına dair əməkdaşlıq müqaviləsinin imzalanması istiqamətində razılıq əldə olunub və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycanlaİtaliya arasında tibbin inkişafı ilə bağlı ilk görüş 2 ay əvvəl Mərkəzi Gömrük Hospitalında keçirilib.

July 16

Dövlət Gömrük Komitəsinin sədri İsrail Dövlətinin Vergi İdarəsinin Baş direktoru ilə görüşüb


July 16, 2019

İyulun 16-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Vergi İdarəsinin Baş direktoru Eran Yaakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Read more

Görüşdə gömrük sistemində aparılan islahatlar, onların mahiyyəti və əldə olunan nəticələr barədə məlumat verilib, gömrük sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Həmçinin, görüşdə hər iki ölkənin gömrük orqanları tərəfindən tətbiq edilən və müasir çağırışlara cavab verən yeniliklər, innovativ layihələrlə bağlı təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsinin əlaqələrin inkişafına münbit şərait yaradacağı vurğulanıb.

Görüş başa çatdıqdan sonra İsrail nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin "Hədəf" Mərkəzi ilə tanış olublar.

June 29

Dövlət Gömrük Komitəsinin Akademiyasında "Açıq qapı" günü təşkil olunub


June 29, 2019

Dövlət Gömrük Komitəsinin Akademiyasında keçirilən "Açıq qapı" günündə abituriyentlər və onların valideynləri ilə görüş təşkil edilib.

Read more

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov bu ali təhsil ocağının Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 yanvar tarixli müvafiq Sərəncamına əsasən yaradıldığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi olduğunu bildirib. Akademiyanın əsas fəaliyyət istiqamətlərindən söz açan Qulu Novruzov gömrük xidmətinin ölkə iqtisadiyyatına və dövlətin milli təhlükəsizliyinə xidmət edən bir sahə olduğunu bildirib. O, abituriyent qəbulu ilə yanaşı, gömrük orqanlarında çalışan əməkdaşların peşəkarlığının artırılması üçün Akademiyada təlimlərin təşkil olunduğunu deyib.

2014/2015-ci tədris ilində Akademiyaya II ixtisas qrupu üzrə "İqtisadiyyat" və III ixtisas qrupu üzrə "Hüquqşünaslıq" ixtisasına ilk dəfə tələbə qəbulunun həyata keçirildiyini bildirən Qulu Novruzov 2019/2020-ci tədris ilindən başlayaraq I ixtisas qrupunda "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə, eləcə də magistraturaya Dünya iqtisadiyyatı - Gömrük işi və Hüquqşünaslıq - Beynəlxalq hüquq ixtisasları qəbulun gerçəkləşdiyini də vurğulayıb.

"Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir" – deyə sözünə davam edən Akademiya rəisi qeyd edib ki, hər bir gənc, ilk növbədə, Azərbaycan dəyərlərinə sadiq vətəndaş olmalıdır. Qulu Novruzov gömrük orqanlarında çalışan Dövlət Gömrük Komitəsinin "Könüllü gömrükçü" dəstəsinin üzvlərinin yarıdan çoxunun Akademiya tələbələri olduğunu bildirib.

Azərbaycan gömrük xidmətinin beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi uğurlardan da bəhs edən Qulu Novruzov bu il iyunun 29-da ÜGT-nin Brüssel şəhərində keçirilən Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyaları çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, eləcə də bu təşkilatın 52 ölkəni özündə birləşdirən Avropa Regionu üzrə rəhbəri vəzifəsinə seçilməsini xatırladıb. O, bu uğurun ölkə başçısının apardığı daxili və xarici siyasətin məntiqi nəticəsi olduğunu deyib.

12-14-iyun tarixində ÜGT-nin İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisindən də söz açan Qulu Novruzov bu beynəlxalq tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Akademiyanın beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini və bu aspektdə tələbələrin beynəlxalq tədbirlərdə iştirakına da toxunan Akademiyanın rəisi tələbələrin bu il Vaşinqtonda Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan dünyanın ən böyük məhkəmə müsabiqəsi "Philip C. Jessup" beynəlxalq məhkəmə müsabiqəsində Azərbaycanı təmsil etdiklərini diqqətə çatdırıb.

Qulu Novruzov dərslərin təşkili, imtahanların keçirilməsi ilə bağlı məsələlərə də toxunaraq imtahanların "klaviatura-monitor" prinsipi ilə aparıldığını bildirib, tam elektron sistemin qurulduğunu, innovativ texnologiyaların tətbiq olunduğunu vurğulayıb.

Görüş çərçivəsində abituriyentləri və onların valideynlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sonra görüş iştirakçıları texniki nəzarət vasitələri otağı, müxtəlif laboratoriya və innovativ metodlarla qurulmuş auditoriyalarla, İNCU mərkəzi ilə, tibbi xidmət otağı, yeməkxana ilə tanış olublar.

Sonda abituriyentlər və valideynlər keçirilən səmərəli və səmimi görüşə görə Akademiya rəhbərliyinə təşəkkürlərini bildiriblər.

May 8

Murphy Azerbaijan and Murphy KAZBEGI participated in the 15th International Caspian Energy Forum in Tbilisi, Georgia


May 8, 2018

Murphy Azerbaijan and Murphy KAZBEGI participated in the 15th International Caspian Energy Forum in Tbilisi, Georgia
April 18

12 containers of Procter & Gamble arrived by means of Baku-Tbilisi-Kars rail corridor have been successfully cleared by Murphy team


April 18, 2018

12 containers of Procter & Gamble  arrived  by means of Baku-Tbilisi-Kars rail corridor have been successfully cleared by Murphy team
9 December

Murphy Estate Garadagh


December 9, 2017

November 30

Murphy Kazbegi


November 30, 2017

September 29

MURPHY-KAZBEGI business lunch held on September 29, 2017 in Tbilisi

MURPHY-KAZBEGI business lunch held on September 29, 2017 in Tbilisi
MURPHY-KAZBEGI business lunch held on September 29, 2017 in Tbilisi
MURPHY-KAZBEGI business lunch held on September 29, 2017 in Tbilisi
MURPHY-KAZBEGI business lunch held on September 29, 2017 in Tbilisi
August 1

Murphy Georgia-construction of large scale Customs-Logistics complex "Murphy Estate Kazbegi" is in progress


August 1, 2017

May 14

"İQTİSADİ ZONA" program


ATV 14 May 2017