MURPHY SHIPPING & COMMERCIAL SERVICES AZERBAIJAN LTDMURPHY SHIPPING & COMMERCIAL SERVICES AZERBAIJAN LTD

Əziz Dostlar!

MURPHY SHIPPING & COMMERCIAL SERVICES MMC Şirkəti aşağıdakı daşımaları həyata keçirir:

Avtomobil nəqliyyatı yolu ilə
Hava yolu ilə
Su nəqliyyatı vasitəsi ilə
Dəmir yolu ilə

Beynəlxalq yüklərin Avtomobil nəqliyyatı yolu ilə daşınması;

Daha bir xidmət sahəsi yüklərin avtomobil nəqliyyatı yolu ilə daşınmasıdır.
Şirkət maksimal effektivliklə, öz potensial resurslarından istifadə edərək yüklərin dünyanın istənilən nöqtələrinə çatdırılmasını təmin edir.
Qeyd edək ki, MURPHY SHIPPING & COMMERCIAL SERVICES MMC irimiqyaslı və uzunmüddətli layihələr həyata keçirərkən öz tərəfdaşlarını da cəlb edir.

Şirkət standart həcmdə yüklərin vaxtında və tam həcmdə çatdırılmasına,öz öhdəliklərinin yerinə yetirməsinə daxili nəzarət edir və buna zəmanət verir.

Beynəlxalq yüklərin Hava yolu ilə daşınması;

MURPHY SHIPPING & COMMERCIAL SERVICES MMC standart, çox qiymətli, iri həcmli, ağır və təhlükəli yüklərin yüksək sürətli hava daşınmasını təşkil edir. Şirkətin beynəlxalq tərəfdaşları istənilən ölçüdə və istənilən növ yüklərin dünyanın istənilən nöqtəsinə ən qısa müddətdə, yüksək keyfiyyət və sərfəli qiymətlərlə çatdırılmasına imkan yaradır.

Müştərinin istəyi ilə şirkətimiz hava nəqliyyatı yolu ilə gələn yüklərin tez çatdırılmasını, o cümlədən də hava nəqliyyatında lazım olan bütün gömrüklənmə və sənədləşdirmə işlərini həyata keçirir.

Beynəlxalq yüklərin Dəmir yolu ilə daşınması;

MURPHY SHIPPING & COMMERCIAL SERVICES MMC dəmir yolu vasitəsi ilə yük daşımalarını həyata keçirir.

Şirkətin dəmir yolu ilə təklif etdiyi xidmət növləri:

İstənilən miqdarda yükün qəbulu:
Yüklərin daimi izlənməsi;
Kompleks,iri həcmli, o cümlədən xüsusi şərtlər əsasında daşınma tələb edən yüklərin daşınması;
Ağır və iri qabaritli yüklərin daşınmasında yükün bərkidilməsinin təşkili;
Xüsusi yüklərin daşınması üçün ayrıca marşrutların təşkili.

Beynəlxalq yüklərin Su nəqliyyatı vasitəsi ilə daşınması;

Şirkətimiz böyük məmnuniyyətlə sizə beynəlxalq yüklərin su nəqliyyatı ilə də daşınmasını, yüklərin optimal boşaldıb yükləmə xidmətlərini təklif edir.

Şirkətin su nəqliyyatı vasitəsilə daşınmalar üzrə təklif etdiyi xidmət növləri:

Ümumi yüklərin daşınmasında istənilən növ və istənilən ölçülü gəmilərin icarəsi;
İstənilən həcmdə və ölçüdə yüklərin qəbulu, gömrük rəsmiləşdirilməsi, yükün yerləşdirilməsi və vəziyyəti haqqında müştəriyə məlumatın operativ şəkildə çatdırılması;
Yüklərin sığortalanmasının təşkili.

MURPHY SHIPPING & COMMERCIAL SERVICES MMC Sizə Qaradağ rayonu, Salyan şossesi, 28-30 km-də yerləşən logistika anbar kompleksimizdə xidmətlərimizdən yararlanmağı təklif edir.
Bu günə olan açıq sahələrimiz – 8000 m2,qapalı anbar sahələrimiz isə 2000 m2 –dir;

Şirkətimiz aşağıdakıları təklif edir:

1. Daimi nəzarət /mühafizə altında olan açıq meydança və müasir avadanlıqla təchiz olunan qapalı anbar sahələrimizdə malların saxlanılması;
2. Müştərinin istəyinə əsasən,onu işçi qüvvəsi,avto və yardımçı texnika ilə təmin etmək,yükün yığılmasını,qablaşdırılmasını və zəruri sənədlərin hazırlanmasını həyata keçirmək;
3. Bütün növ yük/malların boşaldılması,yüklənməsi və çatdırılması;
4. Daşınan yükü/malı marşrut üzrə müşahidə etməklə,müştərini məlumatlandırmaq;
5. Anbar xidmətləri üzrə kompleks məsləhətlərin verilməsi;

Şirkətimiz qarşılıqlı faydalı əməkdaşlığa həmişə hazırdır.